Bakı. Trend:
"Fənərbaxça" Slovakiya millisinin müdafiəçisi Milan Şkrinyarı mövsümün sonuna qədər icarəyə götürdüyünü elan edib.
Trend xəbər verir ki, futbolçu PSJ-dən İstanbul klubuna keçidinin onu xoşbəxt etdiyini bildirib.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi karyerası ərzində 423 oyunda meydana çıxıb, 25 qol vurub və 7 məhsuldar ötürmə verib.