...

“Spartak”dan “Beşiktaş”a 25 milyon avroluq təklif

İdman Materials 15 Fevral 2025 15:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Beşiktaş”ın yarımmüdafiəçisi Jedson Fernandeş Moskva “Spartak”ının hədəfindədir.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, Rusiya təmsilçisi 26 yaşlı futbolçunun keçidi üçün 25 milyon avro ödəməyə hazırdır.

Məlumata görə, hazırda klublar arasında danışıqlar gedir. Jedson Fernandeş 2022-ci ilin yayından “Beşiktaş”da forma geyir. Bu müddətdə o, bütün turnirlərdə 114 matça çıxıb, 14 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edilir ki, portuqaliyalı futbolçunun “Beşiktaş”la müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti