...

İngiltərə Premyer Liqasında 28-ci tura start verilib

İdman Materials 9 Mart 2025 00:35 (UTC +04:00)
İngiltərə Premyer Liqasında 28-ci tura start verilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasında 28-ci turun ilk oyunları keçirilib.

Trend xəbər verir ki, turun açılış matçı Nottinqemdə baş tutub. "Nottingem Forest" doğma meydanda "Mançester Siti"ni qəbul edib. Görüşün taleyini tək qol həll edib – meydan sahibləri sona yaxın vurduqları qolla qələbə qazanıblar.

Turnirin lideri "Liverpul" isə öz meydanında "Sauthempton"u 3:1 hesabı ilə məğlub edərək növbəti üç xalını əldə edib.

16:30. "Nottingem Forest" - "Mançester Siti" - 1:0
19:00. "Liverpul" - "Soutgempton" - 3:1
19:00. "Brayton" - "Fulhem" - 2:1
19:00. "Kristal Pelas" - "İpsviç" - 1:0
21:30. "Brentford" - "Aston Villa" - 0:1

Xəbər lenti

Xəbər lenti