...

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb

İdman Materials 9 Mart 2025 18:01 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun bağlanış mərasimi olub.

Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə yarışın son günündə qalib olan idmançılara medallar təqdim edilib.

Azərbaycan turniri bir qızıl medalla başa vurub. Komandamızın heyətində ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mükafatları Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri və digər rəsmi şəxslər təqdim ediblər.

Son gündə qadınlar gimnastika tiri və sərbəst hərəkətlərdə, kişilər isə dayaqla tullanma, dəstəli at və turnikdə birinci olmaq üçün mübarizə aparıblar.

Dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan Tixonov isə səkkizinci yeri tutublar.

Ötən gün Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.

Dörd gün davam edən yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunub.

Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti