...

Maradonanın ölümü ilə bağlı keçmiş mühafizəçisi saxlanılıb

İdman Materials 26 Mart 2025 18:29 (UTC +04:00)
Maradonanın ölümü ilə bağlı keçmiş mühafizəçisi saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı istintaq çərçivəsində daha bir şəxs saxlanılıb.

Trend xəbər verir ki, TN telekanalının məlumatına görə, bu dəfə futbolçunun keçmiş mühafizəçisi Xulio Koria həbs edilib.

Koria yalan ifadə verdiyi üçün saxlanılıb. O, Maradonanın ölüm anında futbolçunun evində olub və ona süni tənəffüs verməyə kömək edib. Daha əvvəl o, iş üzrə təqsirləndirilən həkimlərlə yaxın əlaqəsi olmadığını və onlarla telefonla danışmadığını israrla bildirsə də, istintaq bunun əksini sübut edib.

Maradonanın ölümü ilə bağlı təqsirləndirilən yeddi həkimin məhkəməsi martın 11-də başlayıb. Məhkəmə prosesində 192 şahidin ifadəsi dinlənilməli, tibbi ekspertiza nəticələri, səs yazıları və müttəhimlərin yazışmaları araşdırılmalıdır. Prosesin ən azı iyul ayının ortalarına qədər davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Maradonanın ölümü ilə bağlı psixiatr, neyrocərrah, psixoloq, iki həkim və iki tibb bacısı qəsdən adam öldürməkdə ittiham olunur. Onları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti