...

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək

İdman Materials 28 Mart 2025 09:50 (UTC +04:00)
Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ" Misli Premyer Liqasında bu gün səfərdə "Turan Tovuz"la üz-üzə gələcək.

Trend xəbər verir ki, IV dövrənin və XXVIII turun açılış oyunu saat 19:30-da start götürəcək.

Matçı Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ağdam təmsilçisi 27 turdan sonra 64 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.

Misli Premyer Liqası, IV dövrə

XXVIII tur

19:30. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu

Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti