...

Zərif gimnastların Bakı birinciliyi başa çatdı

İdman Materials 12 Aprel 2025 20:28 (UTC +04:00)
Zərif gimnastların Bakı birinciliyi başa çatdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 10-dan 12-dək gimnastika növünün ən zərif nümayəndələri yarışların əsas məkanı olan Milli Gimnastika Arenasında bir araya gəldilər.

Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Su İdman Sarayı, Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzinin təmsilçiləri öz bacarıqlarını nümayiş etdirdilər.

Bakı birinciliyində balacalar (2015, 2016, 2017-ci il təvəllüdlülər), yeniyetmələr (2013-2014-cü il təvəllüdlülər), gənclər (2010-2011-ci il təvəllüdlülər) yaş kateqoriyasındakı gimnastlar fərdi proqramda birincilik uğrunda mübarizəyə qoşuldular.
Qrup hərəkətləri proqramında isə balacalar (2015-2017-ci il təvəllüdlülər) və yeniyetmələr (2012-2014-cü il təvəllüdlülər) yaş qrupundakı gimnastlar öz çıxışlarını nümayiş etdirdilər.

Yarışın ilk iki günü ərzində keçirilən təsnifat mərhələsinin yekununda yaş qruplarına müvafiq olaraq çoxnövçülük üzrə qaliblər müəyyənləşdi. Həmçinin qrup hərəkətləri proqramında balacalar və yeniyetmələr arasında mükafatçılar bəlli oldu.

Növbəti gün fərdi proqram üzrə yeniyetmələr, qrup hərəkətləri proqramında balacalar və yeniyetmələr yaş kateqoriyası üzrə gimnastlar və komanda hesabında qaliblər mükafatlandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti