...

Azərbaycanın ikiqat Avropa çempionu karyerasını başa vurub

İdman Materials 23 İyul 2025 13:52 (UTC +04:00)
Azərbaycanın ikiqat Avropa çempionu karyerasını başa vurub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ikiqat Avropa çempionu, dünya çempionatının mükafatçısı və Yay Paralimpiya Oyunlarının ikiqat iştirakçısı, sabiq parataekvondoçu Əbülfəz Abuzərli idmançı karyerasını başa vurub.

Milli Paralimpiya Komitəsindən Trend-ə bildirilib ki, o, bundan sonra fəaliyyətini milli komandada köməkçi məşqçi kimi davam etdirəcək.

33 yaşlı sabiq paralimpiyaçı hazırda yığmanın baş məşqçisi Fərid Tağızadəyə köməkçi qismində Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak etmək üçün İstanbuldadır.

Xəbər lenti

Xəbər lenti