...

Türkiyədə 1 mindən çox futbolçu qanunsuz mərc oyunları ilə bağlı TFF-yə çağırılıb

İdman Materials 10 Noyabr 2025 21:34 (UTC +04:00)

Bakı. Trend:

Qanunsuz mərc oyunlarında iştirakı ilə bağlı istintaq çərçivəsində 1024 futbolçu Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası qarşısında çıxış edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər verib.

Məlumata əsasən, onların arasında Qalatasaray, Beşiktaş və Trabzonspor kimi aparıcı klublar da daxil olmaqla 27 Premyer Liqa klubunun oyunçuları var.

TFF-nin qərarına əsasən, Türkiyə çempionatın ikinci və üçüncü liqalarının oyunları iki həftəlik təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti