...

Belçikada 17 yaşlı gənclər könüllü hərbi xidmətə çağrılır

Dünya xəbərləri Materials 10 Noyabr 2025 09:29 (UTC +04:00)

Bakı. Trend:

Belçika müdafiə naziri Teo Franken 17 yaşlı gənclərə könüllü şəkildə hərbi xidmətə qoşulmaq üçün məktublar göndərildiyini açıqlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, nazir sosial şəbəkə hesabındakı paylaşımında təxminən 149 000 məktubun 17 yaşlılara ünvanlandığını bildirib.

Həmin layihə sentyabr ayında təsdiqlənib və məktəblər vasitə ilə gəncləri könüllü hərbi xidmətdə iştiraka təşviq etmək hədəflənir.

Qeyd olunub ki, müxalifət bu təşəbbüsü “cəmiyyətin militarizasiyası” kimi tənqid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti