...

İşğaldan azad olunmuş ərazilərin nə qədər hissəsi minalardan təmizlənib?

Cəmiyyət Materials 10 Noyabr 2025 10:50 (UTC +04:00)
İşğaldan azad olunmuş ərazilərin nə qədər hissəsi minalardan təmizlənib?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İşğaldan azad olunmuş ərazilərdə 2020-ci ilin noyabr ayından bu günədək icra edilən əməliyyatlar zamanı 237 821.5 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mina Təmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Qeyd edilib ki, cari dövr ərzində 39 201 ədəd piyada əleyhinə mina, 22 637 ədəd tank əleyhinə mina və 164 128 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, ANAMA-nın həftəlik açıqladığı məlumata əsasən, ötən ay Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərində 406 piyada əleyhinə mina, 364 tank əleyhinə mina, 12.298 partlamamış hərbi sursat aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti