Bakı. Trend:
ABŞ‑yə səfər edən Suriya Prezidenti Əhməd əş-Şara rəhbərliyindəki yeni hökumət iqtisadiyyat, infrastruktur və təhlükəsizlik sahələrində Vaşinqtondan dəstək almağa çalışır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, hazırkı Şam hakimiyyəti ölkənin yenidən qurulmasına fokuslanır və əsas məqsədlər arasında enerji, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlıq mövqeyində duran ABŞ investisiyalarının cəlb edilməsi yer alır.
ABŞ‑nin Şam rejiminə tətbiq etdiyi sanksiyaları qaldırması, şirkətlərinin Suriyaya investisiya qoyması, Suriyada fəaliyyət göstərmiş terror qruplarına qarşı ABŞ ilə əməkdaşlığın genişləndirilməsi gözlənilir.