Bakı. Trend:
İranın ikinci böyük şəhəri Məşhəddəki su anbarlarının doluluq səviyyəsi təxminən 3 %-dən aşağı düşüb.
Trend İran KİV-ə istinadən xəbər verir ki, Məşhəd Su və Kanalizasiya Şirkətinin Baş direktoru Hüseyn İsmailianın sözlərinə görə, payız mövsümü olmasına baxmayaraq, mövcud şərtlər su qənaətini artıq tövsiyə deyil, zərurət halına gətirir.
Bildirilib ki, 3 milyon əhalisi olan Məşhəd şəhərinə illik olaraq 20 milyon ziyarətçi gəlir.
Qeyd edək ki, ölkənin böyük şəhərlərindən olan Kərəcdə su anbarının doluluq səviyyəsinin 8 % olduğu açıqlanıb.