Bakı. Trend:
Noyabrın 9-da Yunanıstanın Afina şəhərində yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib.
Trend xəbər verir ki, taekvondoçularımız uğurla çıxış edərək ümumilikdə 5 qızıl, 5 gümüş, 5 bürünc medala layiq görülüblər.
Qeyd edək ki, ümumi hesabda Azərbaycan komandası birinci pillədə qərarlaşıb. İdmançılarımızın nəticələrini təqdim edirik:
Qızıl medal
Əhməd Mürvətov (27 kq)
Əsma Abdullazadə (27 kq)
Fidan Qafarova (30 kq) Rizvan Abdullayev (30 kq)
Cahid İsmayılzadə (52 kq)
Gümüş medal
Ayşən Abuzərova (27 kq)
Ümid Şahbazov (36 kq) Sübhan Rzayev (40 kq)
Fateh Sultanlı (44 kq)
Hüseyn İsmayılov (52 kq, “Atlet” TK)
Bürünc medal
Vidadi Məmmədli (27 kq, “Altay” TK)
Rüqəyya Əliyeva ( 27 kq, “Nərimanov” İK)
Aydan Hüseyinova (30 kq, “İrəvan” TK)
Aysu Qəribli (44 kq)
Günəş Əzimzadə (52 kq)
Qeyd edək ki, milli komanda ilə yanaşı, 1 gümüş və 3 bürünc
medal “Atlet” TK, “Altay” TK, “Nərimanov” İK və “İrəvan” taekvondo
klublarının təmsilçiləri tərəfindən qazanılıb.
Təbrik edirik!