...

Leandovski Neymarı keçdi, Enrikeyə çatdı

İdman Materials 10 Noyabr 2025 09:41 (UTC +04:00)
Leandovski Neymarı keçdi, Enrikeyə çatdı

Bakı. Trend:

"Barselona"nın hücumçusu Robert Levandovski yeni uğura imza atıb.

Trend xəbər verir ki, 37 yaşlı hücumçu bunu ötən gecə La Liqanın 12-ci turunda "Selta" ilə oyunda (4:2) het-trik etməklə bacaıb.

Levandoski "Barselona"nın heyətində vurduğu qolların sayını 108-ə çatdırıb. O, bunun sayəsində klubun bombardirləri siyahısında 13-cü yerə yüksəlib.

Levandovski siyahıda Neymarı (105) üstələyib və PSJ-nin hazırkı baş məşqçisi Luis Enrikeyə çatıb. Argentinalı hücumçu Lionel Messi 672 qolla siyahıya başçılıq edir. Sezar Rodriges isə 226 qolla 2-cidir.

Qeyd edək ki, Levandovski 2022-ci ilin yayından "Barselona"da oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti