...

Avstraliyada Azərbaycanla Parlamentlərarası Dostluq Qrupu təsis edilib

Siyasət Materials 10 Noyabr 2025 13:33 (UTC +04:00)
Avstraliyada Azərbaycanla Parlamentlərarası Dostluq Qrupu təsis edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Zəfər Günü münasibətilə Avstraliya Federal Parlamentində Avstraliya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu rəsmi olaraq təsis edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı Səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, qrupun həmsədrləri aşağıdakılardır:

Mayk Frilander – Sağlamlıq, Yaşlılar və Əlillik üzrə Daimi Komitənin sədri (Əmək Partiyası)

Rik Uilson – Ticarət və İnvestisiya üzrə Birgə Daimi Komitənin sədr müavini (Liberal Partiya)

Qrupa həmçinin Senat Prezidenti Sue Lines, Aşağı Palata Spikeri Milton Dik və digər yüksək səviyyəli parlament üzvləri daxildir.

Qrupun yaradılması iki ölkə arasında parlamentar və diplomatik əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək və qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti