...

İtaliya millisinin sabiq üzvü ölkəsində oynayacaq

İdman Materials 10 Noyabr 2025 13:20 (UTC +04:00)

Bakı. Trend:

İtaliya millisinin sabiq üzvü Lorenzo İnsinye karyerasını yenidən ölkəsində davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Komo” ilə danışıq aparır.

Baş məşqçi Sesk Fabreqas İnsinyeni sərəncamında görmək istəyir. “Toronto”dan ayrıldıqdan sonra klubsuz qalan İnsinye özü də “Komo”da oynamağa hazırdır.

Təcrübəli futbolçu “Napoli”, “Kaveze”, “Foggia”, “Peskara” klublarında da çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti