...

İspaniyada quş qripi həyəcanı: Fermalar bağlanır

Dünya xəbərləri Materials 10 Noyabr 2025 15:50 (UTC +04:00)

Bakı. Trend:

İspaniyada artan quş qripi halları səbəbindən son aylarda 2 milyondan çox quş məhv edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Kənd Təsərrüfatı, Balıqçılıq və Qida Nazirliyi risk zonasına daxil edilən 1 199 bələdiyyədə fermaların bağlandığını elan edib.

Xüsusilə vəhşi quşlarla təmasın qarşısını almaq üçün fermalarda biotəhlükəsizlik tədbirləri gücləndirilib, heyvanlarda şübhəli xəstəlik halları aşkar edildikdə dərhal bildiriş verilməsi tələb olunur.

İspaniyanın “Yumurta İstehsalçıları Birliyi”nin (Aseprhu) rəhbəri Mar Fernandez bildirib ki, yumurta sənayesi quş qripi böhranından ciddi dərəcədə zərər görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti