...

Hindistanda partlayiş olub, səkkiz nəfər ölüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 10 Noyabr 2025 22:32 (UTC +04:00)

Bakı. Trend:

Hindistan paytaxtı Yeni Dehlidə avtomobilin partladılması nəticəsində səkkiz nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Hindistan daxili işlər naziri Amit Şah deyib.

"Bu gün saat 19:00 radələrində Dehlidəki Qırmızı Qala yaxınlığında "Hyundai i20" markalı avtomobildə partlayış baş verib. Partlayış nəticəsində üç-dörd avtomobilə ziyan dəyib, insanlar yaralanıb və bəziləri həlak olub", - deyə nazir bildirib.

O qeyd edib ki, xəstəxanalardan alınan məlumata görə, indiyə qədər səkkiz nəfər ölüb.

xxx

20:56

Hindistan paytaxtı Yeni Dehlinin Köhnə Dehli ərazisində baş verən partlayış nəticəsində ən azı 22 avtomobil və bir avtorikşa yanıb.

Trend-in məlumatına görə, bu barədə bu barədə Yeni Dehli polisi xəbər verib.

"Bu gün saat 18:52-də yavaş hərəkət edən avtomobil qırmızı işıqda dayanıb. Avtomobilin içərisində partlayış baş verib və yaxınlıqdakı nəqliyyat vasitələrinə ziyan dəyib. Bir neçə nəfər öldü, digərləri yaralanıb", - deyə polis komissarı Satiş Qolça bildirib.

Hindistanın Yeni Dehli, Uttar Pradeş ştatı və Mumbay şəhərində yüksək hazırlıq vəziyyəti elan edilib. Hindistanın Pakistan və Banqladeşlə sərhədləri boyunca da patrul xidməti gücləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti