...

Günəşdə güclü partlayış qeydə alınıb

Dünya xəbərləri Materials 10 Noyabr 2025 16:16 (UTC +04:00)
Günəşdə güclü partlayış qeydə alınıb

Bakı. Trend:

Bu gün Günəşdə ən yüksək kateqoriyalardan olan X1.2 səviyyəli partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Qeyd edilib ki, bu tip partlayışlar radioəlaqədə qısamüddətli pozuntulara və yerin maqnit sahəsində dəyişikliklərə səbəb ola bilər.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti