...

"Napoli" baş məşqçisi ilə yollarını ayıra bilər

İdman Materials 10 Noyabr 2025 16:31 (UTC +04:00)
"Napoli" baş məşqçisi ilə yollarını ayıra bilər

Bakı. Trend:

"Napoli"nin baş məşqçisi Antonio Konte klubu tərk edə bilər.

Trend xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Mütəxəssisin gedişi ilə bağlı qərar onun klub prezidenti Aurelio De Laurentisin görüşündən sonra qəbul oluna bilər.

Konte ilə De Laurentisin görüşü bu gün olacaq.

Qeyd edək ki, Antonio Konte 2024-cü ilin iyul ayından "Napoli"ni çalışdırır. Ötən mövsüm komanda onun rəhbərliyi altında İtaliya çempionu olub.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu səfərdə "Napoli"yə qarşı keçirəcək. Matç noyabrın 25-də oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti