...

Azərbaycanın cüdo yığması İslam Həmrəyliyi Oyunlarında komanda yarışının qalibi olub

İdman Materials 10 Noyabr 2025 19:41 (UTC +04:00)
Azərbaycanın cüdo yığması İslam Həmrəyliyi Oyunlarında komanda yarışının qalibi olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın cüdo yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qarışıq komanda yarışında final görüşünə çıxıb.

Trend-in məlumatına görə, milli komandamız qızıl medal uğrunda qarşılaşmada Qazaxıstan kollektivi ilə üz-üzə gəlib. Rəqibini 4:0 hesabı ilə məğlub edən yığmamız İslamiadanın qalibi olub.

Azərbaycan millisinin heyətində Fidan Əlizadə (57 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Elcan Hacıyev (90 kiloqram) öz görüşlərini qələbə ilə başa vurublar.

Xəbər lenti

Xəbər lenti