Bakı. Trend:
Danimarkanın Rəqəmsal İşlər Nazirliyi hökumət və parlament partiyaları ilə razılaşaraq 15 yaşdan kiçik uşaqların sosial media platformalarına girişini qadağan etməyi planlaşdırır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Nazirlik bildirib ki, bu addımla uşaqların rəqəmsal dünyanın mənfi təsirlərindən qorunması və valideynlərin 13 yaşdan başlayaraq övladlarının sosial media istifadəçisi olmaları üçün razılıq vermə imkanının olması hədəflənir.