...

ABŞ Suriya qarşı sanksiyaları dayandırıb

Dünya xəbərləri Materials 10 Noyabr 2025 22:49 (UTC +04:00)
ABŞ Suriya qarşı sanksiyaları dayandırıb

Bakı. Trend:

ABŞ "Sezar Qanunu" çərçivəsində Suriyaya qarşı sanksiyaları dayandırıb, lakin Rusiya və İrana qarşı sanksiyaları qüvvədə saxlayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.

Nazirlik bildirib ki, "Sezar Qanunu" çərçivəsində sanksiyaların tətbiqi 180 gün müddətinə qismən dayandırılıb." Müvafiq qərar ABŞ dövlət katibi Marko Rubio tərəfindən qəbul edilib.

Qeyd edilib ki, bu, "Rusiya və İran hökumətləri ilə bağlı müəyyən əməliyyatlara, malların, texnologiyanın, proqram təminatının və xidmətlərin, eləcə də Rusiya və İran mənşəli vəsaitlərin və maliyyələşdirmənin ötürülməsinə və ya təmin edilməsinə" şamil edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti