...

“Neftçi” onun müqaviləsinin müddətini artırıb icarəyə göndərdi

İdman Materials 27 Yanvar 2026 16:42 (UTC +04:00)
“Neftçi” onun müqaviləsinin müddətini artırıb icarəyə göndərdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Neftçi” Rza Cəfərovla müqavilənin müddətini 2027/28-ci illər mövsümünün sonunadək artırıb.

Trend xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, daha sonra 22 yaşlı qapıçı hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək “Qəbələ” klubuna icarəyə verilib.

Qeyd edək ki, 2022/23-cü illər mövsümündən A komandanın şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti