...

Tovuz çayı üzərindəki qəzalı körpü bərpa edildi (FOTO)

İqtisadiyyat Materials 26 Avqust 2016 12:46 (UTC +04:00)
Tovuzun Əlibəyli kəndi ərazisində leysan yağışlarında qəzalı vəziyyətə düşən körpü bərpa edilib.
Tovuz çayı üzərindəki qəzalı körpü bərpa edildi (FOTO)

Bakı. Trend:

Tovuzun Əlibəyli kəndi ərazisində leysan yağışlarında qəzalı vəziyyətə düşən körpü bərpa edilib.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, körpü 17 km uzunluğunda olan Hacallı - Təpəbaşı avtomobil yolunun 5-ci km-də Tovuz çayı üzərində yerləşir. 2 aşırımlı dəmir-beton konstruksiyalı körpünün uzunluğu 27 metr, eni isə 7 metrdir.

Körpünün kənar dayaqları bərpa edilib, bünövrəsinə beton məhlul tökülərək bərkidilib, yeni su tənzimləyici qurğular inşa edilib. Körpünün yanaşma yollarında da bərpa işləri aparılıb, yeni asfalt-beton örtüyü döşənib.

Körpünün hərəkət hissəsi də əsaslı şəkildə bərpa olunaraq asfatlanıb, hər iki tərəfdə monolit betonla təkərqaytaranlar inşa edilib və yeni mühəccərlər quraşdırılıb.

Qeyd edək ki, bu ilin yaz-yay aylarındakı leysan yağışları nəticəsində Tovuz çayı üzərində yerləşən avtomobil körpüsünün dayaqları və su tənzimləyici qurğuları yuyularaq qəzalı vəziyyətə düşmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti