...

Ali məktəb tələbələri üçün keyfiyyətin idarəedilməsi üzrə təlim keçiriləcək

İqtisadiyyat Materials 13 Oktyabr 2016 12:13 (UTC +04:00)
Noyabrın 7-də ali məktəb tələbələri üçün “Biznes fəaliyyətində keyfiyyətin idarəedilməsi” mövzusunda təlim keçiriləcək.
Ali məktəb tələbələri üçün keyfiyyətin idarəedilməsi üzrə təlim keçiriləcək

Bakı. Trend:

Noyabrın 7-də ali məktəb tələbələri üçün “Biznes fəaliyyətində keyfiyyətin idarəedilməsi” mövzusunda təlim keçiriləcək. “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə keçirilən təlimi “AtaHolding” Şirkətlər Qrupunun müvafiq bölmələrinin mütəxəssisləri: Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov və “Excelsior Hotel & Spa Baku” otelinin nümayəndəsi Kamran Rzayev aparacaq.

Təlim tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək. Çünki, məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və xidmətlərin keyfiyyəti üzrə personalın siyasəti ilə bağlı məsələlərə toxunulacaq.

Təlimdə iştirak etmək arzusunda olan tələbələr [email protected] ünvanına müraciət edə bilər. İştirakçıların qeydiyyatı 28.10.2016-cı ilə qədərdir.

“Excelsior Hotel & Spa Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otaq, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq və 9 "Duke" standart otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar, şəhərin ən gözəl, böyük Spa və sağlamlıq mərkəzi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti