...

Neftin qiyməti kəskin bahalaşıb

İqtisadiyyat Materials 1 Dekabr 2016 01:52 (UTC +04:00)
Dünya bazarlarında neftin qiyməti 9% qədər bahalaşıb
Neftin qiyməti kəskin bahalaşıb

Bakı. Trend:

Dünya bazarlarında neftin qiyməti 9% qədər bahalaşıb.

Trend "RİA Novosti"ya istinadən xəbər verir ki, Brent markalı neft 9,11% bahalaşaraq bareli 51,63 dollar olub.

WTI neftinin bir bareli 8,29% bahalaşaraq 49,20 dollar olub.

Qeyd edək ki, OPEK-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti