...

Qarlı hava sərnişin qatarlarının hərəkətinə necə təsir edib?

İqtisadiyyat Materials 16 Dekabr 2016 10:48 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Şaxtalı və qarlı hava şəraiti Azərbaycan və beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkətinə maneçilik törətməyib. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, dekabrın 15-də ölkə ərazisində qeyri-sabit hava şəraitinin hökm sürməsinə baxmayaraq, Azərbaycanın bölgələrindən və beynəlxalq istiqamətdən Bakıya gələn sərnişin qatarları vaxtında mənzil başına çatıb:

"Həmçinin, Bakı Dəmir Yolu Vağzalından bölgələr və digər ölkələr üzrə hərəkət edən qatarlar da vaxtında qəbul edilib. Bakı-Sumqayıt istiqamətində hərəkət edən sürət qatarı da qrafik üzrə hərəkətini davam etdirir, gecikmə halları olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti