...

Kapital Bank kreditlə sığorta paketləri təklif edir

İqtisadiyyat Materials 26 Dekabr 2016 11:01 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq Kapital Bank filiallarında PAŞA Sığortanın bir sıra məhsullarının kreditlə satışı həyata keçiriləcək.
Kapital Bank kreditlə sığorta paketləri təklif edir

Bakı. Trend:

Azərbaycanda ilk dəfə olaraq Kapital Bank filiallarında PAŞA Sığortanın bir sıra məhsullarının kreditlə satışı həyata keçiriləcək. Bankdan Trend-ə verilən məlumata görə, ilk mərhələdə müştərilər avtomobillərin icbari sığortası məhsulunu bankın filiallarından əldə edə bilərlər.

Avtomobillərin icbari sığortasının dəyərini Kapital Bank-dan əmək haqqı və təqaüd alan müştərilər 6 aylıq faizsiz və komissiyasız kreditlə, digər müştərilər isə nağd şəkildə ödəyə bilərlər. Sənədləşmə üçün şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Sığortanın məbləği sürücünün və avtomobilin göstəriciləri əsasında sığorta proqramında avtomatik hesablanır.

Qeyd edək ki, yaxın zamanlarda Kapital Bank filiallarında həmçinin daşınmaz əmlakın icbari və könüllü sığortasının satışı da həyata keçiriləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti