...

"EY" şirkəti vergi və hüquqi məsələlər üzrə qanunvericiliyə dəyişikliklər haqqında illik seminarını keçirib (FOTO)

İqtisadiyyat Materials 23 Yanvar 2017 17:09 (UTC +04:00)
"EY" Azərbaycan şirkəti Bulvar Otel Bakı, "Autograph Collection" mehmanxanasında müştərilər üçün vergi və hüquqi məsələlər üzrə qanunvericiliyə dəyişikliklər haqqında illik seminarını keçirib.
"EY" şirkəti vergi və hüquqi məsələlər üzrə qanunvericiliyə dəyişikliklər haqqında illik seminarını keçirib  (FOTO)

Bakı. Trend:

"EY" Azərbaycan şirkəti Bulvar Otel Bakı, "Autograph Collection" mehmanxanasında müştərilər üçün vergi və hüquqi məsələlər üzrə qanunvericiliyə dəyişikliklər haqqında illik seminarını keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, seminar EY şirkətinin vergi və hüquq məsələləri üzrə partnyoru Arzu Hacıyeva, şirkətin vergi məsələləri üzrə baş meneceri Zaur Qurbanov, vergi məsələləri üzrə meneceri Zaur Məmmədov, vergi və hüquq məsələləri üzrə baş məsləhətçisi Nərgiz Balakişiyeva daxil olmaqla, EY şirkətinin tanınmış vergi mütəxəssisləri və hüquqşünasları tərəfindən keçirilib.

Tədbir iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iri şirkətlərin 150-dən artıq nümayəndəsini bir araya gətirib. Seminarı Arzu Hacıyeva qonaqları salamlayaraq giriş sözü ilə açıb. Seminar açılış nitqindən sonra vergi və hüquqi məsələlər üzrə qanunvericiliyə dəyişikliklər və onların təcrübədə tətbiq edilməsi haqqında təqdimatla davam edib. Zaur Məmmədov Vergi Məcəlləsinə elektron vergi auditi, kameral vergi yoxlamalarının başa çatdırılması ilə əlaqədar məhdudiyyətlər, elektron qaimə-fakturaların verilməsi, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən aparılan nağdsız hesablaşmalar və digər məsələlərlə əlaqədar edilən son dəyişiklikləri şərh edib. Təqdimat zamanı o, “Müzakirələri yekunlaşdırmaq məqsədilə, kameral vergi yoxlamalarının vergi bəyannamələrinin təqdim edilməsindən 30 iş günü ərzində başa çatdırılması ilə bağlı yeni məhdudlaşma dövrü ilə yanaşı edilən son dəyişikliklər “elektron audit” anlayışını ifadə edir. Belə ki, yeni müddəaya əsasən elektron audit vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlamasıdır. Bu məsələlərdən əlavə, Vergi Məcəlləsinə edilən digər yeni müddəalar hüquqi şəxslər və fərdi sahibkarlara məcburi qaydada elektron qaimə-fakturaların verilməsini nəzərdə tutur. Xüsusilə, elektron qaimə-fakturalar hüquqi şəxslər və fərdi sahibkarlarla malların alqı-satqısı, işlərin/xidmətlərin təqdim edilməsi zamanı verilməlidir.”-deyə fikrini tamamlayıb.

Təqdimat və müzakirələr transfer qiymətləri, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, vergidən yayınmaya qarşı mübarizə normaları və digər məsələlər kimi vergi təcrübəsi tendensiyaları üzərində dayanan vergi qanunvericiliyinə edilən son dəyişikliklərə dair dəyərli bilikləri əks etdirir.

Seminar nağdsız ödənişlər, elektron qaimə-faktura və elektron ticarət daxil olmaqla biznesin müxtəlif sahələrinə təsir edən ən son bazar tendensiyaları üzərində dayanmaqla davam edib.

Seminar iştirakçıları seminar boyunca suallarını ünvanlandırıblar və EY-ın tədbir təşkilatçısı qismində gördüyü işlərə görə minnətdarlıq bildirərək təqdimat haqqında öz müsbət rəylərini ifadə ediblər.

"Huawei Technologies" Azərbaycan şirkətinin Vergi Meneceri Fərid Nəcəfov bildirib: “Qanunvericiliyə edilən çoxsaylı dəyişiklikləri nəzərə alsaq, EY-ın keçirdiyi bu təlimdə iştirak bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Huawei şirkətinin Vergi Meneceri olaraq, deyə bilərəm ki, təqdimatın əhatə dairəsi və strukturu çox yüksək səviyyədə olmaqla bütün vacib məsələləri əhatə edib. Məni dəvət etdiyinə görə Arzu xanıma və maraqlı təqdimata görə isə Zaura dərin minnətdarlığımı bildirirəm".

"Topaz Marine" şirkətinin Vergi məsələləri üzrə mühasibi Həmid Ağahüseynov bildirib: “Ümumilikdə vergi seminarı çox yüksək səviyyədə təşkil edilmiş və Vergi Məcəlləsinə 1 yanvar 2017-ci il tarixindən qüvvəyə minməklə ən son edilən dəyişikliklər haqqında lazımi izahları tamlığı ilə əhatə edir. Hesab edirəm ki, təqdimat hazırkı seminarda iştirak edən vergi ödəyicilərinə edilən dəyişiklikləri düzgün başa düşməkdə və şərh etməkdə çox faydalı oldu. Məni seminara dəvət etdiyinə görə təşəkkürümü bildiririəm və Sizə gələcək işlərinizdə uğurlar arzulayıram".

EY şirkəti bütün seminar iştirakçılarını görməyə şad oldu və hər bir iştirakçıya fəal iştirakına görə təşəkkür edir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti