...

Azexport.az Rusiyanın АгроСервер.ру portalına qoşulub

İqtisadiyyat Materials 13 Fevral 2017 13:12 (UTC +04:00)
Azexport.az daha bir yeniliyə imza atır. Artıq sahibkarların Azexport.az portalına daxil etdiyi məhsullar Rusiyanın məşhur АгроСервер.ру portalına yüklənəcək.
Azexport.az Rusiyanın АгроСервер.ру portalına qoşulub

Bakı. Trend:

Azexport.az daha bir yeniliyə imza atır. Artıq sahibkarların Azexport.az portalına daxil etdiyi məhsullar Rusiyanın məşhur АгроСервер.ру portalına yüklənəcək.

Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) məlumat verilib.

АгроСервер.ру Rusiyanın kənd təssərüfatı, qida və emal sənayesi sahəsində satış həyata keçirərək, sahibkarlara önəmli informasiya dəstəyi verir. Bir gün ərzində portalı təxminən 100 mindən artıq şəxs ziyarət edir. İİTKM-dən bildiriblər ki, Azexport АгроСервер üzərindən Azərbaycan məhsullarını xüsusilə rusdilli bazarlarda daha geniş təqdim etməyə imkan yaradacaq.

Qeyd edək ki, İİTKM-nin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti