...

Strateji Yol Xəritəsi ilə bağlı inkişaf planları hazırlanır (FOTO)

İqtisadiyyat Materials 15 Fevral 2017 15:01 (UTC +04:00)
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair” Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflər əsas götürülməklə Kənd Təsərrüfatı Nazirliyinin və tabeliyində olan qurumların strateji inkişaf planlarının hazırlanmasına başlanılıb.
Strateji Yol Xəritəsi ilə bağlı inkişaf planları hazırlanır (FOTO)

Bakı. Trend:

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair” Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflər əsas götürülməklə Kənd Təsərrüfatı Nazirliyinin və tabeliyində olan qurumların strateji inkişaf planlarının hazırlanmasına başlanılıb.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Bildirilir ki, bununla bağlı nazir müavini Seyfəddin Talıbovun rəhbərliyi və Nazirliyin şöbə müdirləri, Nazirlik yanında qurumların iştirakı ilə təqdimat keçirilib. Nazir müavini bildirib ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsində” rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılması hesabına ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulub. Strateji Yol Xəritəsində Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəflərə effektiv şəkildə nail olmaq üçün icra ediləcək tədbirlərdə planlaşdırma çox vacibdir, buna görə də Nazirlikdə bütün struktur bölmələrin strateji planlaşdırma əsasında fəaliyyət göstərməsi mexanizmi tətbiq olunacaq.

Nazirliyin İcmallaşdırma və statistik təhlil şöbəsinin hazırladığı strateji planlaşdırma mexanizmi qurum rəhbərlərinə təqdim edilib. Təqdimatda təhlil qiymətləndirmələrin aparılması, yeni inkişaf hədəflərinin qoyulması, indikatorların müəyyənləşdirilməsi, monitorinq sisteminin tətbiq olunması və digər məsələlərə dair metodlar və praktiki nümunələr nümayiş etdirilib.

Müzakirələr zamanı kənd təsərrüfatı nazirinin müavini S.Talıbov qeyd edib ki, strateji planların həyata keçirilməsinin effektiv şəkildə monitorinqi üzrə həm qurumlarda strukturdaxili, həm də Nazirlik üzrə monitorinq bölməsi fəaliyyət göstərəcək, həmçinin monitorinq prosesi müasir informasiya texnologiyaları alətləri geniş tətbiq olunmaqla aparılacaq.

Sonda S.Talıbov Strateji Yol Xəritəsində Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəflərə nail olmaq üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti