...

Malların dəyərini aşağı göstərməklə vergidən yayınanların adları açıqlanıb

İqtisadiyyat Materials 21 Fevral 2017 12:41 (UTC +04:00)
Bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır.
Malların dəyərini aşağı göstərməklə vergidən yayınanların adları açıqlanıb

Bakı. Trend:

Gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq, hələ də bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır.

Bu barıədə Trend-ə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

İnvoysda göstərilən qiymət

Real qiymət

Fərq

1

“İmperial Ceramic Centre” MMC

14545,14 AVRO

33400,32 AVRO

18855.18 AVRO

2

Mamedov Məmməd Oktay oğlu

62196 ABŞ dolları

290830 AVRO

251642.89 ABŞ dolları

3

“Prestij-S.E” MMC

1792.80 ABŞ Dolları

14566 AZN

11139.77992 AZN

4

Seyidquliyev Rövşən Arif oğlu

26720 ABŞ dolları

50050 ABŞ dolları

23330 ABş dolları

5

“Vitol-L Group” MMC

42000 ABŞ dolları

88200 ABŞ dolları

46200 ABŞ dolları

6

Abbasov şənlik Fəxrəddin oğlu

25896 ABŞ dolları

55960 ABŞ dolları

30064 ABŞ dolları

7

“Avrosof” MMC

41890 ABŞ dolları

75000 ABŞ dolları

33110 ABŞ dolları

8

LOTOS-2016 MMC”

31375.4 AZN

60567.35 AZN

29191.95 AZN

Cədvəldən də göründüyü kimi ümumilikdə, 384346.89 ABŞ dolları, 18855.18 avro və 40331.72992 manat vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.

DGK bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti