...

Gəncə və Qazaxda gənclər üçün treninqlər keçirilib

İqtisadiyyat Materials 29 Mart 2017 16:42 (UTC +04:00)
Əlil gənclər üçün “Biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninq keçirilib.
Gəncə və Qazaxda gənclər üçün treninqlər keçirilib

Bakı. Trend:

Martın 28-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsində əlil gənclər üçün “Biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Martın 29-da isə Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax Sosial İqtisad Kollecində gənclər üçün “Biznes planların hazırlanması” və “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzularında treninq təşkil olunub. Treninqdə gənclərə biznes plan və onun tərtib edilməsi, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması, yaşıl iqtisadiyyat, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbir iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb. Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti