...

Daha bir küçədə təmir işləri aparılır (FOTO/VİDEO)

İqtisadiyyat Materials 22 Aprel 2017 12:09 (UTC +04:00)
Məqsəd küçə ilə vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir.
Daha bir küçədə təmir işləri aparılır (FOTO/VİDEO)

Bakı. Trend:

Xətai rayonu Süleyman Vəzirov küçəsinin təmiri işləri aparılır.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, məqsəd küçə ilə vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir.

Sözügedən küçənin uzunluğu 700 metr, ortalama eni 12 metrdir.

Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bunun əvəzinə küçəyə 2 qat olmaqla yeni asfalt örtüyü döşənir. Ümumilikdə yolun 10 min m2 –dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.

Piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulur, mövcudları isə bərpa olunaraq asfaltlanır. Piyada səkilərinin kənarlarına isə 1500 p/m yeni səki daşının düzülməsi işləri aparılıb.Səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədi ilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb, 6 ədəd yağış barmaqlıqları qoyulub. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 12 ədəd baxış qapağı yenilənib.

“Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə 20 ədəd yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəilişi işləri aparılacaq.

Xatıqladaq ki, küçə boyu aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilib. Təbii ki, kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyününü qısa müddət ərzində sıradan çıxmasının qarşısını almış olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti