Bakı. Trend:
Mənzilin dizaynına ciddi yanaşıldığı bir dövrdə, interyeri hər zaman nəzərdə saxlamaq da vacib amillərdən hesab olunur. Gərgin iş günündən sonra, rahat və gözəl mənzildə istirahətin yerini heç nə vermir.
Bu yaz interyerinizə yeni rənglər qatmağın tam zamanıdır, çünki özündə 300-dən artıq İtaliya və Avropanın geniş ceşiddə mebel və interyer üçün istənilən məhsullarını cəmləşdirən "Collezione İtalia"da möhtəşəm endirim kampaniyası başlayır! "Collezione İtalia" şourumunun fəaliyyətinin bir ili tamam olmaq münasibəti ilə mayın 14-dən iyunun 14-dək bütün məhsullarına 50% endirim kampaniyası başlayır!
Beləliklə, evinizi daha gözəl etmək üçün artıq Avropaya getməyə ehtiyac qalmadı. İtaliya, Almaniya, İspaniya və digər Avropa ölkələrinin aparıcı fabrik və istehsalçılarının bütün brendlərini ən sərfəli qiymətə əldə etmək imkanını indı məhz "Collezione İtalia" sizə təqdim edir!
25000 kv metr ərazidə yerləşən "Collezione İtalia"da Avropanın 300-dən cox əfsanəvi brendindən ibarət zəngin kolleksiyalar və dünyanın məşhur dizaynerlərinin interyer həlləri cəmləşib. Burada alıcılara dəbdəbəli klassik barokkodan, ekoloji minimalizm olan hay-tek tərzinədək bütün üslublarda mebel və mətbəx nümunələri, santexnika məmulatları, bəzək materialları, divar kağızları, parketlər, qapılar, pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksesuarlar təklif edilir. Bu isə alıcılar və dizaynerlər üçün "Collezione İtalia" lüks interyer məkanının eksklüzivliyini və yeni yaradıcılıq axtarışlarına daim açıq olduğunu bir daha göstərir.
Bütün qonaqların həmişə bu brendlərlə yaxından tanış olmaq, hər birini interyerdə görmək, onların dizayn və keyfiyyətini qiymətləndirmək imkanı var. Burada mebel dəbinin bütün üslub və trendləri: dəbdəbəli klassik barokkodan ekoloji minimalizm olan hay-tek tərzinədək bütün stillər təmsil olunur.
Ünvan: Akademik Hasan Aliyev 139A Tel: (012) 5681100 Facebook: https://www.facebook.com/CollezioneIt/