...

Azərbaycanın növbəti beynəlxalq uğuru (FOTO)

İqtisadiyyat Materials 12 İyun 2017 11:56 (UTC +04:00)
172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyan Azərbaycan Respublikası, statistika üzrə ön sırada yer tutub.
Azərbaycanın növbəti beynəlxalq uğuru (FOTO)

Bakı. Trend:

172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyan Azərbaycan Respublikası, statistika üzrə ön sırada yer tutub.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

1995 ci ildən Azərbaycanın üzv olduğu Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdikləri yoxlamanın nəticələrinə görə,172 dünya dəniz dövləti sırasında ən qabaqcıllardan olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyan Azərbaycan Respublikası, statistika üzrə ön sırada yer tutub.

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilən yoxlama müddəti ərzində, Beynəlxalq Dəniz Təşkilatı tərəfindən Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların tətbiqi səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi ilə əlaqadar Azərbaycan Respublikasında fəaliyyət göstərən limanların akvatoriyaları daxil olmaqla bütün ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, gəmilərə dair tələblərə əməl olunmasına nəzarət mexanizmi, gəmilərin hərəkətinin idarə edilməsi, limanlara daxil olan və limanlardan çıxan gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılması və giriş-çıxışına icazə verilməsi, dənizdə insan həyatının və dəniz ətraf mühitinin mühafizəsi, eləcə də bu sahədə mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosesi dəqiq şəkildə və incəlikləri ilə araşdırılıb.

Yoxlamasının nəticələrinə əsasən müəyyən olunub ki, Respublikamızda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən normativ hüquqi aktlar Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğundur və Audit Ekspert Qrupu tərəfindən gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılması, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyəti, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycan Respublikasının ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sistemi yukşək səviyədə təşkil olunmuşdur. Yoxlama zamanı gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılmasını həyata keçirən nəzarət müfəttişlərinin yalnız dənizçilərdən formalaşdırılması məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş ixtisas tələbləri yüksək qiymətləndirildi. Yoxlamının uğurlu nəticələrinə əsaslanan Audit

Ekspert Qrupu xüsusi olaraq vurğuladı ki, bu tələblər və Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsində formalaşdırılmış digər bir sıra nəzarət mexanizmləri dəniz dövlətləri üçün ən yaxşı təcrübə ola bilər. Audit Ekspert Qrupu, Azərbaycan Respublikasında fəaliyyət göstərən limanların akvatoriyalarında gəmilərin yoxlanılmasını həyata keçirən liman nəzarəti müfəttişləri və gəmilərin yoxlanılması prosesinin, habelə gəmilərin hərəkətinin idarə edilməsi sisteminin kommersiya sahəsindən tamamilə ayrılmasını və heç bir sahibkarlıq subyektinin tərkibində olmadan dövlət qurumu olaraq həyata keçirilməsini Beynəlxalq Dəniz Təşkilatının birbaşa tələbi olduğunu və bu sahədə Respublikamızda əldə edilən nailiyyətləri nümunə olacaq vacib amil kimi dəyərləndirdi. Audit Ekspert Qrupu tərəfindən həyata keçirilən yoxlama zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər qurumlar arasında formalaşdırılmış əməkdaşlıq mexanizmlərinin, həyata keçirilən tədbirlərin koordinasiyasının təşkili Beynəlxalq Dəniz Təşkilatının bununla bağlı tələb və tövsiyyələrinə, habelə dəniz nəqliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübəyə tam uyğunluq təşkil edir.

172 dünya dəniz dövləti sırasında ən qabaqcıllardan olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyan Azərbaycan Respublikasının, statistika üzrə ön sırada yer tutması bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən formalaşdırılmış dövlət siyasətinə uyğun olaraq ölkənin dinamik inkişafı, tranzit potensialının artırılması, regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, qədim dənizçilik tarixinə malik olan Respublikamızın dəniz qüdrətinin daha da yüksəldilməsi, eləcə də qabaqcıl dəniz dövlətləri ilə rəqabətə davamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması istiqamətində gələcəkdə də uğurların əldə edicələyi şübhəsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti