...

Azərbaycan və Meksika turizmin inkişafı sahəsində təcrübə mübadiləsi aparacaq (FOTO)

İqtisadiyyat Materials 13 İyun 2017 10:52 (UTC +04:00)
İyunun 12-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini əməkdaşlıq imkanlarını tanımaq və ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədilə Naftalan şəhərinə səfər edib.
Azərbaycan və Meksika turizmin inkişafı sahəsində təcrübə mübadiləsi aparacaq (FOTO)

Bakı. Trend:

İyunun 12-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini əməkdaşlıq imkanlarını tanımaq və ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədilə Naftalan şəhərinə səfər edib.

Meksikanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində səfir Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovla görüşüb. İH-in başçısı Naftalanın xüsusiyyətlərindən məlumat verərək, onun tibbi turizm sahəsindəki böyük potensialına toxunub. Qeyd olunub ki, şəhərin sanatoriyaları çoxsaylı xarici turistləri cəlb edir.

Səfir R.Labardini ikitərəfli münasibətlərin inkişafı və müxtəlif sahələr üzrə geniş əməkdaşlıq imkanlarından danışıb. Dünyanın ən çox ziyarət olunan 9 ölkədən biri olan Meksikadakı turizmin daimi artımından danışaraq, romantik turizm, ekoloji turizm, lüks-turizm, tibbi turizm və s. imkanlarına görə dünyada məşhur olan Meksikanın şəhər və regionların adını vurğulayıb. Bu baxımdan, təfərlər adıçəkilən sektorun inkişafına töhfə verəcək təcrübə mübadiləsinin reallaşmasını məqsədyönlü sayıblar.

Hər iki tərəf əməkdaşlıq əlaqələrinin güclənməsi və inkişafına dair istəklərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti