...

MİDA-nın 2-ci layihəsinin baş planı hazırlanıb

İqtisadiyyat Materials 13 İyul 2017 19:24 (UTC +04:00)
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) 2-ci layihəsinin baş planı hazırlanıb.
MİDA-nın 2-ci layihəsinin baş planı hazırlanıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan və Nazirlər Kabinetinin 22.02.2017-ci il tarixli sərəncamı ilə “MİDA” MMC-yə ayrılmış 20 ha torpaq səhəsini əhatə edəcək Hövsan Yaşayış Kompleksinin şəhərsalma əsaslandırılmasının (baş planın) hazırlanması işləri başa çatdırılıb.

Trend-in məlumatına görə, bu barədə MİDA-nın 2017-ci ilin 6 ayı ərzində fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclasında bildirilib.

Qeyd olunub ki, layihə-smeta sənədlərinin hazırlanması üzrə təşkil olunmuş tender proseduru yekunlaşmaq üzrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti