...

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Bureau Veritas sertifikatlaşdırma qurumunun əməkdaşları ilə görüş keçirilib

İqtisadiyyat Materials 4 Avqust 2017 18:31 (UTC +04:00)
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Fransanın Bureau Veritas sertifikatlaşdırma qurumunun regional meneceri Deniz Öztürk ilə görüş keçirilmişdir.
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Bureau Veritas sertifikatlaşdırma qurumunun əməkdaşları ilə görüş keçirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Fransanın Bureau Veritas sertifikatlaşdırma qurumunun regional meneceri Deniz Öztürk ilə görüş keçirilmişdir. Trend SOCAR-ın rəsmi saytına istinadən məlumat verir ki, TTSİ-nin rəisi Fuad Süleymanov SOCAR-ın müəssisələrində fəaliyyətin beynəlxalq standartların tələbləri səviyyəsində təmin edilməsi və sertifikatlaşdırma işləri haqqında məlumat vermiş, İSO 9001-Keyfiyyət idarəetmə sistemi, OHSAS 18001-Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, İSO 14001-Ətraf mühitin mühafizəsi, İSO/İEC 17024-Personal sertifikatlaşdırmanı həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar, İSO/İEC 17025-Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər, İSO 9606-Qaynaqçıların bacarıqlılıq sınağı üzrə standartların qazanıldığını qeyd etmişdir. F.Süleymanov həmçinin İdarənin fəaliyyətinin nəticələrinə görə Fransanın Bureau Veritas sertifikatlaşdırma qurumunun İSO 29990-Qeyri-formal təlim xidmətləri üzrə akkreditasiyasına, Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutunun (İOSH) Təhlükəsiz idarəetmə (Managing safely) təlim kursu üzrə təlim provayderi lisenziyasına, OPİTO-nun BOSİET/HUET təlim kursu üzrə standartına layiq görülməsini İdarənin beynəlxalq standartlaşdırma və akkreditasiya qurumları ilə sıx əməkdaşlığının uğurlu nəticələri kimi qiymətləndirmişdir.

Bureau Veritas-ın regional meneceri Deniz Öztürk təmsil etdiyi qurum tərəfindən standartların tətbiqi və sertifikatlaşdırma sahəsində yerinə yetirilmiş çoxsaylı xidmətlərin neft-qaz və neft-kimya sənayesində aktuallığına toxunmuşdur. TTSİ-nin qaynaq mərkəzinin potensialından istifadə edilməklə Bureau Veritas sertifikatlaşdırma qurumu tərəfindən qaynaq mühəndisliyi sahəsində təlim kursunun keçirilməsinin mümkünlüyü qeyd edilmişdir.

Xəbər lenti

Xəbər lenti