...

"Azər Türk Bank"ın ödəniş kartlarının sayı 50% artıb

İqtisadiyyat Materials 7 Avqust 2017 11:49 (UTC +04:00)
"Azər Türk Bank"ın ödəniş kartlarının sayı 50% artıb.
"Azər Türk Bank"ın ödəniş kartlarının sayı 50% artıb

Bakı. Trend:

"Azər Türk Bank"ın ödəniş kartlarının sayı 50% artıb.

Bankdan Trend-ə verilən məlumata görə, cari ilin altı ayı ərzində müştərilər bankın plastik kartları vasitəsilə 402 184 əməliyyat həyata keçiriblər.

Kartla əməliyyatların dövriyyəsi 68,4 milyon manat olub. Bu göstəricilər 2016-cı ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36% və 24% çoxdur.

Bankın son aylarda həyata keçirdiyi, o cümlədən "Azər Türk Bank"ın 22 illiyi münasibətilə həvəsləndirici güzəşt kampaniyaları bankın kart müştərilərinin sayının artmasına rəvac verib. Hazırda dövriyyədə Banka məxsus 36 mindən çox aktiv plastik kart var ki, bu da ötən ilin altı ayının nəticələrinə nisbətən 50 faiz çoxdur.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti