...

Xarici şirkət Azərbaycana turizm sahəsində əməkdaşlıq təklif edir (FOTO)

İqtisadiyyat Materials 18 Avqust 2017 19:35 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov "Expedia" şirkətinin nümayəndələrini qəbul edib.
Xarici şirkət Azərbaycana turizm sahəsində əməkdaşlıq təklif edir (FOTO)

Bakı. Trend:

Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov "Expedia" şirkətinin nümayəndələrini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkəmizdə turizm sahəsində yüksək inkişaf dinamikasını və ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlaması, beynəlxalq turizm bazarına inteqrasiya olunmasını və bunun nəticəsində xarici qonaqların xüsusən ərəb turistlərinin ölkəmizə səfərlərini nəzərə alaraq hotel bronlaşması, avia bilet satışı, kruiz gəmilərinin sifarişi, "rent a car" və s. xidmətləri göstərən "Expedia" şirkətinin nümayəndələri ölkəmizlə də əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

N.Səmədov Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etməsi, ölkəmizə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi məqsədi ilə yaradılmış Asan Viza Sistemi, eyni zamanda bu sahədə son illərdə ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən ölkə başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” barəsində məlumat verib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri geniş şəkildə müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti