...

Kənd Təsərrüfatı Nazirliyi ilə Çin arasında müqavilə imzalanıb (FOTO)

İqtisadiyyat Materials 26 Sentyabr 2017 17:42 (UTC +04:00)
Rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının güçləndirilir.
Kənd Təsərrüfatı Nazirliyi ilə Çin arasında müqavilə imzalanıb (FOTO)

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının güçləndirilməsi” layihəsi üzrə Çinin İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzi ilə müqavilənin imzalanma mərasimi keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi, Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları, həmçinin İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzin rəhbərliyi iştirak ediblər.

Tədbirdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov bildirib ki, Azərbaycan və Çin Hökuməti arasında “İqtisadi və texnoloji əməkdaşlıq haqqında” 13 may 2017-ci il tarixində müqavilə imzalanıb. Bu müqavilədə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının güçləndirilməsi” layihəsi də nəzərdə tutulub. Bu layihə İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzi tərəfindən həyata keçirilir. Azərbaycanda laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən həmin layihə gələcəkdə ölkəmizdə heyvan sağlamlığına və qida təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.

Çıxışlarda bildirilib ki, veriləcək laboratoriya avadanlıqları rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə köməyi olacaqdır.

Çıxışlardan sonra “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının güçləndirilməsi” layihəsi üzrə müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti