...

II Bakı Şoping Festivalı Küveyt mediasının gündəmində

İqtisadiyyat Materials 25 Oktyabr 2017 15:10 (UTC +04:00)
Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetində və Əl-Biləd xəbərlər agentliyində “Azərbaycanda ikinci Bakı Şopinq Festivalı keçirilir” sərlövhəli məqalələr dərc ediliib.
II Bakı Şoping Festivalı Küveyt mediasının gündəmində

Bakı. Trend:

Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetinin 23 oktyabr tarixli buraxılışında “İkinci Bakı Şoping Festivalı alıcıları inanılmaz endirimlər ilə məmnun edir” və 24 oktyabr tarixində Əl-Biləd xəbərlər agentliyində “Azərbaycanda ikinci Bakı Şopinq Festivalı keçirilir” sərlövhəli məqalələr dərc ediliib.

Azərbaycanın Küveytdəki səfirliyindən Trend-ə verilən məlumata görə, məqalələrdə oktyabr ayının 15-dən start götürən ikinci Bakı Şopinq Festivalı öz işini və rəngarəng fəaliyyətini uğurla davam etdirdiyini, ikinci festivalın tədbirlərinə Azərbaycan və dünyanın müxtəlif yerlərindən yüz minlərlə insanın qoşulacağının gözləndiyi bildirilib. Şopinq həvəskarlarının bu dəfəki festivalda özləri üçün tam yeni, fərqli məqamlar kəşf etdiyi qeyd olunaraq, festivalın Respublikaya turist axınının gücləndirilməsi, əhalinin alıcılıq qabiliyyətinin təşviq edilməsi məqsədilə Mədəniyyət və turizm nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən irəli sürülən özünəməxsus təşəbbüs olduğu, ikinci festivalda çoxlu geyim brendləri, ekskluziv malların təqdim edildiyi, qızıl, zinət əşyaları qazanmaq şanslarının yaradıldığı qeyd edilib.

Bununla yanaşı, alıcıların festival çərçivəsində əyləncəli proqramlardan, əla alış-verişdən və hədiyyə qazanmaqdan həzz aldıqlarını, habelə onların alış-verişdən daha çox həzz alması və hədiyyə qazanması üçün 500-ə yaxın ticarət obyekti, market, turizm şirkətinin fesivala qoşulduğu, festivalda geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası və s. kimi seçilmiş mallara 70%-ə qədər endirimlər təklif edildiyi oxucuların diqqətinə çatdırılıb.

Həmçinin turizm şirkətləri tərəfindən təyyarə biletləri, daşınma və transfer xidmətləri, sığorta, hotellərdə ən azı 3 gecə qalma, Bakı şopinq festivalında iştirak edən ticarət obyektlərinə şopinq turların həyata keçirilməsi və s. daxil olmaqla həvəsləndirici təkliflər irəli sürüldüyü, müştərilərin bu festivalda “Tax-free” sistemindən istifadə etməklə, xərclədikləri pulun müəyyən hissəsini geri almaq şansı qazandıqları diqqətə çatdırılıb. Üzərində “Tax-free” loqosu olan mağazalardan alınmış malların ƏDV-si turistlərə geri qaytarıldığı, ilk dəfə olaraq Bakı Şopinq Festivalı çərçivəsində “Tax-free” bütün alıcılara – xarici turistlərlə yanaşı, yerli əhaliyə də şamil edildiyi, onlar aldıqları mallara görə ödədikləri ƏDV-nin bir hissəsini geri ala bildikləri qeyd edilib.

Məqalələrdə Cənubi Qafqaz respublikalarından biri olan, müsəlman ölkəsi Azərbaycanın regionda ən iri iqtisadiyyata malik olduğu, turistik, tarixi və mədəni görməli yerləri ilə bir çox əcnəbi, xüsusilə də Ərəb ölkələrindən olan turistlər üçün cəlbedici bir məkana çevirildiyi diqqətə çatdırılıb.

Azərbaycana son aylarda gələn turistlərin sayı haqqında məlumat verilərək, cari ilin əvvəlindən indiyədək Azərbaycana gələn turistlərin sayında 21% artımın qeydə alındığı, ilin 8 ayı ərzində xarici turistlərin ölkəmizdə 703 milyon dollar xərclədikləri qeyd olunaraq, bunun da ötən illə müqayisədə 100 milyon dollar çox olduğu bildirilib. Birinci Bakı Şopinq Festivalının daha çox yerli alıcıların fəallığı ilə yadda qaldığı qeyd olunaraq, İkinci Bakı Şopinq Festivalının isə əsas hədəfinin xarici turistlərin fəallığına nail olmaq və bunun üçün xüsusi turizm paketlərinin hazırlandığı qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti