...

"Unibank"da biznes kreditləri 0% komissiyalı oldu

İqtisadiyyat Materials 11 Yanvar 2018 11:08 (UTC +04:00)
"Unibank" biznes sahibləri üçün bir aylıq komissiyasız kredit kampaniyası keçirir.
"Unibank"da biznes kreditləri 0% komissiyalı oldu

Bakı. Trend:

"Unibank" biznes sahibləri üçün bir aylıq komissiyasız kredit kampaniyası keçirir. Yanvar ayı ərzində rəsmiləşdirilən biznes kreditləri komissiyasız olacaq.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Siz də biznesinizi bu ildən daha da böyütmək istəyirsinizsə, Unibankın 0% komissiyalı və sərfəli faizli biznes kreditlərindən faydalanın!

"Unibank"ın biznes sahibləri üçün 50% endirimli kampaniyası da davam edir. Yanvarın 31-dək "Unibank"da hüquqi şəxs hesabı açan müştərilərə, 3 ay ərzində bank xidmətlərində 50% endirim ediləcək. Biznes sahibləri üçün keçirilən kampaniya aşağıdakı xidmətləri əhatə edir:

Konvertasiya əməliyyatları;
Manat və xarıcı valyuta ödənişləri;
Əmək haqqı layihəsi üzrə köçürmələr;
Nağd pulun çıxarılması;
Hüquqi şəxslər üçün kartın qiymətində endirimlər.

"Unibank"ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

Sərfəli tariflər;
Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
Sənəd dövriyyəsinin minimuma endirilməsi;
"Unibank" və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

"Unibank"ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. "Unibank"ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri - Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.

"Unibank" geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

"Unibank" - Biznesinizə daimi dəstək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti