Bakı. Elçin Mehdiyev - Trend:
2017-ci ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 8,3 faiz artaraq 49 milyard 162,9 milyon manata çatıb.
Trend-in məlumatına görə, əhalinin hər nəfərinə düşən gəlirlər 5050,5 manat və ya ayda orta hesabla 420,9 manat təşkil edib.
Qeyd edək ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 44 milyard 983,3 milyon manatlıq vəsait qalıb.