...

"Renessans Palace" yaşayış kompleksi "Qorunan həyət" konsepsiyasını təqdim edir

İqtisadiyyat Materials 18 Yanvar 2018 12:28 (UTC +04:00)
Yasamal rayonunun seçilən yaşayış kompleksi “Renessans Palace” 1,5 hektarlıq ərazisini “Qorunan həyət” konsepsiyası ilə təqdim edir.
"Renessans Palace" yaşayış kompleksi "Qorunan həyət" konsepsiyasını təqdim edir

Bakı. Trend:

Yasamal rayonunun seçilən yaşayış kompleksi “Renessans Palace” 1,5 hektarlıq ərazisini “Qorunan həyət” konsepsiyası ilə təqdim edir.

Dörd binanın həyəti kənardan girişlərə qapadılaraq yalnız sakinlərin istirahəti üçün aktiv zona kimi nəzərdə tutulub. Burada yaşıllıq, ağaclar, xüsusi qaçış və velosiped zolaqları, voleybol və basketbol meydançası, tennis kortu, uşaqlar üçün oyun meydançaları, velo parkinq əhalinin ixtiyarında olacaq. Kompleksin aşağı mərtəbələrində fəaliyyət göstərəcək kommersiya obyektlərinin belə daxili parka çıxışı olmayacaq.

Valideynlər uşaq meydançalarında qurulan xüsusi video müşahidə kameralarının köməyilə evdən öz övladlarına nəzarət edə biləcəklər. Xüsusi nəzarət sistemi hesabına yad insanların kompleksə birbaşa girişi və çıxışı yalnız icazə əsasında olacaq. “Renessans Palace”da, həmçinin, sakinlərin rahatlığını və təhlükəsizliyini tam təmin etmək üçün “Avtomobilsiz həyət” prinsipi də əsas götürülərək aktiv zonaya avtomobillərin girişinə tam qadağa qoyulacaq. Həm sakinlərin özləri, həm də onların qonaqları üçün nəzərdə tutulan 3 mərtəbəli yeraltı qaraj isə məhz “avtomobilsiz həyat” yanaşmasını insanların rahatlığını pozmadan tətbiq etməyə imkan verəcək.

“AS Qrup İnvestment” tərəfindən neoklassik üslubda tikilən, qranit və boyanmış aqlayla üzlənən, 18 mərtəbəli, 4 binadan ibarət “Renessasn Palace” şəhərin prestijli ərazilərindən birində, metronun “Elmlər akademiyası” stansiyasının yaxınlığında Zahid Xəlilov və Həsən Məcidov küçələrinin kəsişməsində yerləşir. Yaşayış kompleksinin əsas yol qovşaqlarından bir qədər aralıda yerləşməsi də bu kompleksin gələcək sakinləri üçün dinamik şəhər həyatının səs-küyündən uzaq, sakit və rahat bir mühitin yaradılması üçündür.

Yaşayış kompleksi barədə ətraflı məlumat renessanspalace.az saytında qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti