...

“Fitch” reytinq agentliyi ofisini bağladı

İqtisadiyyat Materials 19 Yanvar 2018 17:24 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ-ın “Fitch” reytinq agentliyi İstanbuldakı ofisini bağlayıb.

Trend-in məlumatına görə, bu barədə agentliyin bəyanatında deyilir.

Qeyd olunur ki, “Fitch” agentliyi Türkiyə ilə əməkdaşlığını davam etdirəcək və bu əməkdaşlıq agentliyin digər ölkələrdəki ofisləri vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, “Fitch” agentliyinin İstanbul ofisi 1999-cu ildən fəaliyyət göstərirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti