...

Bütün avtodayanacaqlarda qiymət EYNİ oldu

İqtisadiyyat Materials 9 Mart 2018 13:57 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə paytaxtında əhalinin şikayəti əsasında Ankara şəhər bələdiyyəsinin qərarı ilə bütün avtomobil dayanacaqlarının sutkalıq qiyməti 1 lirə müəyyən edilib.

Trend-in məlumatına görə, dayanacaqlarda avtomobillərin 1 saat ərzində park edilməsi isə pulsuz olacaq.

Bundan əvvəl Ankaradakı avtomobil dayanacaqlarında fərqli qiymətlər tətbiq olunurdu.

Yeni qərar bu gündən qüvvəyə minib.

Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun məlumatına əsasən, 2017-ci ilin yekununa görə, paytaxt Ankarada 1 milyon 297 min nəqliyyat vasitəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti